Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb Dünya

Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.