UKMTO Yəmən sahillərində qaz daşıyan gəminin atəşə tutulduğunu bildirib Gündəm

UKMTO Yəmən sahillərində qaz daşıyan gəminin atəşə tutulduğunu bildirib

Yəmən sahillərində durulaşdırılmış təbii qaz (LNG) daşıyan tankerin gəmidən atəşə tutulduğu bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə aid Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Əl-Mukalla şəhərindən (Yəmən) 140 dəniz mili cənub-şərqdə baş vermiş insident barədə məlumat alıb. Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerin kapitanı bildirib ki, göyərtəsində yeddi nəfər olan kiçik bir kater gəmiyə yaxınlaşıb. Katerdə olanlar tankerə tərəf iki dəfə atəş açıblar. Tankerin silahlı mühafizə qrupu iki xəbərdarlıq atəşi ilə cavab verdikdən sonra kater kursunu dəyişib", - deyə koordinasiya mərkəzinin xəbərdarlığında qeyd olunur.

Gəminin adı və qeydiyyatda olduğu liman dəqiqləşdirilmir.

Məryəm Quliyeva