Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
13:06
434
Şotlandiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində yaşlı kişi və bir yeniyetmə həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından dəqiqləşdirilib ki, "Piper Tomahawk II" tipli hava gəmisi oktyabrın 16-da Stirlinq şəhəri yaxınlığındakı Draymen kəndinin ətrafında yerə düşüb. Hadisə yerinə gələn həkimlər göyərtədə olan 16 və 80 yaşlı iki nəfərin öldüyünü təsdiqləyiblər.
"BBC" yayım korporasiyasının jurnalistlərinin əldə etdiyi məlumata görə, təyyarənin heyəti ilə əlaqə havaya qalxdıqdan cəmi 20 dəqiqə sonra kəsilib. "Piper Tomahawk II" təyyarəsi Qlazqo hava limanından havalanıbmış.
Baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Qəzanın səbəbləri də daxil olmaqla, fəlakət barədə digər təfərrüatlar hələlik daxil olmayıb.
Məryəm Quliyeva