Tramp: “NATO artıq köhnəlmiş təşkilatdır” Dünya

Tramp: “NATO artıq köhnəlmiş təşkilatdır”

Bunu "Tayms" qəzetinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp söyləyib. "Bu təşkilat terrorizmə qarşı heç bir tədbir həyata keçirmədiyinə görə köhnədir. Alyansa üzv ölkələrdən bəziləri öhdələrinə düşən ödənişləri vermirlər. Yalnız 5 ölkə bütün ödənişlərini edir, bu isə heç nəyə kifayət etmir" – deyə, o bildirib.
Qeyd edək ki, Tramp prezident seçkisindən öncə də NATO-nu tənqid edib. O çıxışlarının birində NATO-nun maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələrin Amerika tərəfindən müdafiə edilməyəcəyini bildirib. Tramp onu da bildirib ki, nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır.
"Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq", - deyə o bildirib.
Tramp deyib ki, ABŞ prezidenti postunda fəaliyyətə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinə və Almaniya kanslerinə Angela Merkelə etibar edəcək. "Amma uzun müddət buna davam etmək mümkün olacaqmı?" – deyə yeni prezidenti əlavə edib. O bildirib ki, vəzifəsinə başlayandan bir neçə həftə sonra Böyük Britaniyaya "ədalətli saziş" təklif edəcək. Tramp həmçinin ölkənin baş naziri Tereza Meyi Ağ Evə dəvət edib. Tramp hesab edir ki, Böyük Britaniyanın ardınca başqa ölkələr də Avropa İttifaqını tərk edəcəklər. Yeni seçilmiş prezident hesab edir ki, Avropa İttifaqına ən böyük zərəri miqrasiya böhranı vurub.