Nigeriyada “Boko Haram“ terroru Dünya

Nigeriyada “Boko Haram“ terroru

İki partlayış nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb

Nigeriyanın Cos şəhərində bazarda ölənlərin sayı 118 nəfərə çatıb, daha 56 nəfər isə yaralanıb.
APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, "Frans Press"in məlumatına əsasən, uçqun altında qalmış ölənlərin sayının artacağı istisna olunmur.
Bundan əvvəl partlayış nəticəsində 46 nəfərin öldüyü bildirilmişdi.
Məlumata görə, partladıcı qurğular yük maşınında və mikroavtobusda quraşdırılıb. Partlayışlar 30 dəqiqə intervalla baş verib.
Partlayışların "Boko Haram" radikal dini qruplaşma tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Qeyd edək ki, ötən gün Nigeriyanın Kano şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb.