Nazarbayev ATƏT-ə alternativ təklif edir Dünya

Nazarbayev ATƏT-ə alternativ təklif edir

"Qlobal böhran mədəni-mənəvi dəyərlərə sirayət edir"

Asiya ölkələri şərq ənənələrinə söykənməklə özləri qitənin sabitlik və sülh şəraitində inkişafını təmin etməklə məşğul olmalıdırlar. Bu təklifi 25 ildən bəri Qazaxıstana rəhbərlik edən prezident Nursultan Nazabayev təklif edib.
Tengri News qəzetinin məlumatına görə, Şanxayda Asiyada Qarşılıqlı Etimad və Fəaliyyət tədbirləri üzrə müşavirəsində çıxışı zamanı Qazaxıstan lideri Asiyada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına bənzər beynəlxalq qurumun yaradılmasını məqsədəuyğun hesab edib.
Onun fikrincə, belə yeni təşkilat ATƏT-lə sağlam rəqabəti təmin etməlidir. Hazarbayev qeyd edib ki, 2008-ci ildən başlamış qlobal böhran nəinki başa çatmayıb, əksinə dərinləşir və bir mərhələdən digərinə maliyyə, iqtisadi, sosial-siyasi sahələrə və indi də mədəni-mənəvi dəyərlərə sirayət edir. Bu böhran bütün ölkələri və dünyanın inkişafının köhnəlmiş modellərini əhatə edir. Bu getdikcə sistemli şəkil alan ümumbəşəri böhrandır".
Buna görə də Asiya ölkələri qitənin sabitlik şəraitində inkişafı ilə özləri məşğul olmalıdırlar. Bu prosesin ən vacib elementi isə Asiyada Təhlükəsizlik və İnkişaf Təşkilatını yaratmaqdır".

TURQUT