Meksikada dağılmış məktəbdə sağ qalanları axtarırlar Dünya

Meksikada dağılmış məktəbdə sağ qalanları axtarırlar

Xilasedicilər Meksikanın şimalındakı zəlzələdə çökən bir məktəbin dağıntıları altında sağ qalanlara çatmaq üçün saata qarşı yarışırlar. Xilasetmə əməliyyatları davam edir. Meksikanın cənubunda yerləşən Coapa rayonunda Enrique Rébsamen ibtidai məktəbinə xüsusi diqqət ayrılıb. Sağ qalanlardan 13 yaşında qız stolun altına sığınıb. Bu qız çərşənbə günü dağıntılar arasından əlini tərpətdikdən sonra aşkar edilib. Zəlzələ nəticəsində ibtidai məktəbin dağılması ilə 21 uşaq, 5 böyük həlak olub, bir çoxları itkin düşüb. Təbii fəlakət nəticəsində azı 230 adamın öldüyü bildirilir.
Meksika prezidenti Enrique Pena Nieto qurbanların xatirəsinə üç günlük matəm elan edib. Ordu və hərbi dəniz qüvvələrinin 500-dən çox üzvü, 200 polis məmuru və könüllülər xilasetmə əməliyyatlarında birgə işləyir. Meksikanın hakimiyyət orqanları çərşənbə günü dağılmış binalardan bu günə qədər 52 adamın qurtarıldığını bildiriblər. Şəhər başçısı Miguel Angel Manceranın sözlərinə görə, paytaxtda 39 bina dağılıb və axtarış qrupları onların demək olar ki hamısında sağ qalanlar üçün xilasetmə tədbirləri həyata keçirir. Morelos əyalətində zərər görmüş Jojutla şəhərini ziyarət edən prezident Pena Nieto vətəndaşları xilasetmə əməliyyatlarına kömək etməyə çağırıb.
Polis vandalizm və yağmalamanın qarşısını almaq üçün zəlzələdən zərər görmüş bölgələrdə patrulların sayını artırıb. Təsirə məruz qalan ştatların məktəbləri bazar ertəsinədək dərsləri dayandırıb. Dünya ölkələrindən Meksikaya kömək təklifləri gəlib. El Salvador və Çili yardım etməyə söz verib. İsrail isə xilasetmə mütəxəssisləri göndərəcəyini bildirib. Ağ Ev prezident Donald Trampın Pena Nieto-ya zəng vurduğunu, axtarış və xilasetmə qrupları təklif etdiyini deyib. Meksika zəlzələlər üçün heç də yad yer sayılmır. Bu ayın əvvəlində ölkənin cənubunda 8,1 bal gücündə zəlzələ azı 90 nəfərin ölümü ilə nəticələnib.