“Avropanı qarışdırmaq onun marağındadır” Dünya

“Avropanı qarışdırmaq onun marağındadır”

İspan analitik: "Dişsiz və effektsiz diplomatiyamızın qeyrəti çatmır ki…"

"Hökumətin xarici siyasəti ancaq Kataloniyaya yönəlsə də, dişsiz və effektsiz diplomatiyamızın qeyrəti çatmır ki, İspaniyanın ərazi bütövlüyünün sarsıdılması üzrə kampaniyanın təşkilində Putini ittiham etsin. Ona görə yox ki, katalon xalqının azadlıqsevər səyləri Kremlin sahibinə yaxındır. Sadəcə, Avropanı qarışdırmaq onun marağındadır və bunun xatirinə millətçilik və populizmin yayılmasına şərait yaradır".
"Strateq" "El Pais"ə istinadən yazır ki, ispan analitiki Ruben Amon İspaniyada baş verən son hadisələri təhlil edərkən bu fikri söyləyib. Analitik yazır ki, Rahoy onu çaş-baş qoyan bütün bu dedi-qoduya baş qoşmaq istəmir. Onun müdafiə və xarici işlər nazirləri isə – Kospedal və Dastis – öz ifadələrində o qədər suyu üfləyib içəndirlər ki, çar Vladimirin adını çəkməkdən hər vəchlə yayınırlar. Onların qərar verdiyi ən böyük şey budur ki, sosial şəbəkələrdə təbliğat kampaniyası Rusiya ərazisindən gedib. Bu cür yollarla bütün bu kampaniyanın arxasında Putinin durduğunu gizlətməyə cəhd edirlər. Amma Kreml hətta bundan da narazıdır. Onun təmsilçiləri Rahoy hökumətinin ikiüzlü bəyanatlarının yolverilməzliyini bildirirlər.
İspaniya Kataloniya böhranında başını itirərək və Fransa və Almaniyanın təsiri altında qalaraq hansısa bir geopolitik çəkiyə sahib deyil. O, dənizarxası ərazilərini itirib və əksəriyyəti – xüsusən də Suriya və Ukraynadakı – Vladimir Putinin işğalçı və təhrikçilik siyasətinə bağlı böyük böhranlara qarışmamağı bacarıb.
Rusiya prezidenti öz imperiyası ətrafında – Abxaziya, Krım, Cənubi Osetiya, Luqanskda ərazi münaqişələrini körükləyib və aşkarlayıb ki, Kataloniya çibanı şübhə və ziddiyyətlərin içəridən diddiyi Avropa Birliyini parçalamağın ən yaxşı üsuludur. Sosial şəbəkələrdə genişləndirilən kampaniyanın təcavüzkar, anti-demokratik şiddətini məhz bu cür izah etmək olar. Belə kampaniyalar öz-özünə meydana çıxmır. Nəticədə dünya ictimaiyətini Katalonuiya separatçılarına sarı meylləndirmək baş tutub və onları vətənlərini əllərindən almağa cəhd edilən adamlar kimi qəbul etməyə başlayıblar.
Mariano Rahoy başını qorumağa müvəffəq olmayacaq. Putini rüsvay etmək, parlamentdə Rusiya tərəfdən kibermüharibə haqda məsələ qoymaq sovetsonrası yırtıcının qəzəbini doğurmaq deməkdir, lakin bu edilməsə, İspaniyanın ərazi bütövlüyü təhlükə altına düşəcək, bu isə bütün Avropa Birliyinin balkanlaşdırılması üçün bəhanə ola bilər. Bütün hiylə bundan ibarətdir ki, Madrid və Moskva Kosovonun müstəqilliyini tanımamaqda həmfikirdir. Kosovonun ayrılması Rusiya ilə qardaşlıq bağları ilə əlaqəsi olan Serbiyanın suverenliyinin pozulmasını bildirir və Kataloniyanın ayrılması tərəfdarlarının dəlillərindən biridir, lakin keçmiş uzlaşma Kreml çarına öz planlarını yeritməyə mane olmur. Kosovo yalnız böyük imperiya maniyası və Avropaya tabeçilik planlarının həyata keçirilməsinə əngəl olan xoşagəlməz bir epizoddur.