İngiltərə Saakaşviliyə pul verənlərin sərvətinə əl qoydu Dünya

İngiltərə Saakaşviliyə pul verənlərin sərvətinə əl qoydu

İngiltərə Ali Məhkəməsi ukraynalı iş adamları İqor Kolomoyski və Gennadi Boqolyubovun aktivlərinin bütün dünyada dondurulması barədə qərar qəbul edib.
Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. İş adamları barədə qərarın dekabrın 19-da qəbul olunduğu bildirilir.
"Məhkəmə müəyyən edib ki, hər iki iş adamı müxtəlif vaxtlarda "Privat Bank"dan qeyri-qanuni əməliyyatlar vasitəsilə 2 milyard dollar pul çıxarıblar. Bu pullar sonradan iş adamlarının şirkətlərinə köçürülüb", - məlumatda burğulanır.
Qeyd edək ki, "Privat Bank" Kolomoyski və Boqolyubova məxsus olub. Sonra rəsmi Kiyev bu bankın bütün kapitalını əldə edərək, milliləşdirib.
Kolomoyski milliyətcə yəhudidir. O, Maydan hadisələrinin əsas dəstəkçilərindən biri olub. Kolomoyski həmçinin 2015-ci ildə Ukraynada Prezident Pyotr Poroşenkonun əsas rəqibi sayılıb. Son günlər o, Mixail Saakaşvili ilə yaxınlaşıb. Tərəflər arasında Avropa ölkələrindən birində gizli görüş keçirilib.