Putin üzr istədi Dünya

Putin üzr istədi

Amma Krımı qaytarmayacağını bəyan etdi

Rusiya Dövlət Başçısı Vladimir Putin "tarixi rus torpaqları" olaraq tanınan Krımın NATO-nun bir parçası olmasına icazə verməyəcəklərini bildirib.
Fransız televiziyasına müsahibə verən Putin Avropa və ABŞ-dakı tərəfdaşları ilə dialoq qurduqlarını, mövcud problemlərin diplomatik və sülh yolu ilə həlli üçün çalışdıqlarını qeyd edib. "Hər kəsin bunu başa düşməsi lazımdır ki, bizim müxtəlif yollar axtarmağımıza baxmayaraq Avropa Ukraynadakı dövlət çevrilişini dəstəklədi. Bundan əlavə Krım xalqı Rusiyaya birləşməyi dəstəkləmişdi. Üzr istəyirəm, ancaq biz Krımı NATO-ya verə bilmərik".
Daha sonra keçmiş Rusiya imperiyasının yenidən qurulacağı istiqamətindəki iddiaları rədd edən rus lider bildirib ki, belə bir fikirləri yoxdur: "Biz rus milliyyətçiliyini təşviq etmirik və Rusiya İmperatorluğu qurmaq fikrimiz yoxdur. Əksinə, biz ölkəmizi sərhədləri daxilində inkişaf etdirmək üçün çalışırıq".