“Müttəfiq ölklər də regionda Türkiyənin aktiv rol almasını qəbul etmək istəmirlər” Dünya

“Müttəfiq ölklər də regionda Türkiyənin aktiv rol almasını qəbul etmək istəmirlər”

Məhəmməd Əsədullazadə: "Regionda çox ciddi və mürəkkəb proseslər gedir"


Türkiyə ordusunun Suriyanın Afrin regionunda apardığı "Zeytun budağı" əməliyyatının 21-ci günündə Afrinin qərbində keçirilən hərbi əməliyyatlar nəticəsində Nisriyye və Dükkan kəndləri PYD/PKK-dan təmizlənib. Qeyd edək ki, Afrində əməliyyat başlayan gündən zərərsizləşdirilən terrorçuların sayı 1062 nəfərə çatıb.
"Zeytun budağı" əməliyyatına türkman əsgərlərdən də dəstək gəlib.Türkman komandir Seyf Əbubəkirin rəhbərliyində 500 nəfərlik komandos qrupu Afrinə göndərilib. Məlumata görə, 120 gün ərzindəki çətin təlimlərdən uğurla çıxan komandoslar Afrini azad etmək üçün TSQ və ASO ilə çiyin-çiyinə vuruşacaq. 500 nəfərlik dəstədə təxminən eyni sayda kürd, ərəb və türkman yer alıb.
Fransa isə Türkiyəni Afrində "Zeytun budağı" hərəkatını dayandırmağa çağırıb. Bununla bağlı Fransanın Xarici İşlər naziri Can Yves Le Drian danışıb. O bildirib ki, Türkiyə Afrində PYD/YPG silahlılarına qarşı bombardmanı dərhal dayandırmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, heç bir əngəl Türkiyənin, türk millətinin iradəsindən daha böyük deyildir. "Bir halda ki, bizi bu nöqtəyə gətiriblər, o zaman bundan sonrasını özləri bilər. İŞİD terror qruplaşmasına qarşı mübarizəni kimlə apardılar? Digər bir terror qruplaşması olan YPG-PYD ilə. "Terrorçu terrorçu ilə məhv edilməz. Səhv edirsiniz, hörmətli Tramp" dedim. Təəssüf ki, o, yenə onlara baxdı. O zaman "Siz öz yolunuza, biz öz yolumuza" dedik. Bu millətin ürəyini və biləyini ortaya qoyduğu zaman nələri bacara biləcəyini görəcəklər. Bu ana qədər etdiklərimiz heç isinmə hərəkətləri belə sayıla bilməz. Əsl böyük həmlələrimizi, hücumlarımızı qarşıdakı dönəmdə gerçəkləşdirəcəyik", - Ərdoğan bildirib.
ABŞ və YPG qüvvələrinin Suriya Prezidenti Bəşər Əsəd ordusuna məxsus məntəqəyə hücumu ilə bağlı yeni məlumatlar üzə çıxıb. Hücum zamanı ölən 100 hərbçi arasında Rusiya Silahlı Qüvvələrinin bir polkovniki ilə yanaşı 2 əsgəri də olub. Məlumatlara görə, bir neçə rus əsgəri isə yaralanıb. Onlar helikopterlər vasitəsilə Xmeymim aviabazasına aparılıb. Qeyd edək ki, hücuma səbəb kimi İranın dəstəklədiyi və hökumətə yaxınlığı ilə seçilən qrupun Deyr-əz- Zoru ələ keçirməyə çalışması olub.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Suriya hökumət qüvvələrinin olmadığı Afrində gərginlik ABŞ tərəfindən yaradılır. "Verdiyi bütün təminatlara baxmayaraq ABŞ-ın dəstəklədiyi "vəkillər" vasitəsilə Afrində süni gərginlik yaradılır", - deyə bildirilib.
XİN açıqlamasında eyni zamanda qeyd edilib ki, BMT-nin Afrində humanitar durumla bağlı narahatlığını rəsmi Moskva bölüşür və Türkiyə ilə İran da daxil olmaqla qarant ölkələr bu yöndə fəaliyyətini davam etdirir.
Rusiya Afrin hava sahəsini yenidən türk aviasiyası üçün açıq elan edib.
Türkiyə Silahlı Qüvvələri 5 günlük fasilədən sonra Afrində ötən gecə PKK-PYD mövqelərinə aviasiya zərbələri endirib.
Türkiyə Silahlı Qüvvələri və ASO-nun nəzarətində olan Burseya dağının cənub-qərbindəki Bufeylan dağının da aralarında olduğu ən azı 6 hədəf qırıcı təyyarələrin hədəfinə çevrilib.
Qeyd edək ki, Rusiyaya məxsus Su-25 qırıcısının 3 fevral tarixində İdlibdə vurulmasından sonra Moskva yeni elektron hava hücumundan müdafiə sistemi qurulması üçün Afrin hava sahəsini bağlamışdı.
İran Dövlət Televiziyası isə Türkiyə Silahlı Qüvvələrinin Afrində PYD terror qruplaşmasına qarşı kimyəvi silahdan istifadə etməsi barədə məlumat yayıb.Televiziyanın heç bir fakta söykənmədən belə bir məlumat yayması olduqca diqqət çəkib. Televiziyaya məxsus İRİB saytı isə ərəb dilində yayımlan "Əl-Aləm"ə istinadən bənzər məlumat paylaşsa da, sonradan bəlli olub ki, "Əl-Aləm" ümumiyyətlə belə bir xəbər yaymayıb. Ehtimallara görə, sözügedən KİV-lər PYD-yə məxsus yayım orqanlarından bu məlumatları götürüblər. Maraqlı olan isə məhz İranın dövlətə bağlı KİV-lərinin bu yalanı tirajlamasıdır.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyənin öz sərhəd təhlükəsizliyini və terrorizmin inkişafının qarşısını almaq üçün "Zeytun budağı" adlanan Afrin hərbi əməliyyatı deyərdim ki, uğurla davam edir: "Afrin strataji əhəmiytə malik bir regiondur. Burada Pkk/Ypg kürd terrorçuları Türkiyəyə qarşı terror aktları həyata keçirir və ölkınin təhlükəsizliyini, suverenliyini təhdid edir. Təbii ki, Türkiyənin bu əməliyyatı keçirməkdə tam hüquqi haqqıdır. Çünki, 911 km sərhəddə malik olan bir ölkə öz sərhədlərində yeni tsrrorun inkiafına seyrçi qala bilməzdi.Afrin əməliyyatı elə bir dəqiqliklə həyata keçirilir ki, mülki əhali arasında itkiyə rast gəlinməsin". Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkləri sözdə Türkiyəni dəstəkləsələr də əməldə terror qruplaşmalarının yanında yer alıblar: "Ankara bu əməliyyatı uğurla davam etdirəcək, Afrinə nızarəti tam ələ alacaq. Hazırda Suriya üzrə Türkiyə ilə İran arasında birgə koirdinasiya və normal əlaqələrə baxmayaraq İran Türkiyınin hərbi əməliyyatlarından narahtdır. Çünki, İran Türkiyəni Suriyada öz geosiyasi rəqibi bilir. Türkiyənin əsas məqsədi şimali Suriyada teerorçu qrupların qarşısını almaq təhlükəsizlik regionu yaradıb, qaçqınları bura köçürməkdi. Rəsmi Tehranın narahatlıqları Ankara üçün ciddi qəbul edilmir. Türkiyə öz qərarında qətidir və heç bir ölkınin hərbi yardımı olmadan əməliyyatları uğurla başa vuracaq. Türkiyə burada kimlərin dost və müttəfiq olduğunu görməkdədir. Təssüf ki, müttəfiq ölklər də Türkiyə əleyhinə bəyanatlar verməklə, regionda Türkiyənin aktiv rol almasını qəbul etmək istəmirlər. Regionda çox ciddi və mürəkkəb proseslər gedir. ABŞ bir tərəfdən terrorçulara dəstək verir, bir tərəfdən də müttəfiqlikdən danışır. Hesab edirəm ki, Türkiyə-ABŞ müttəfiqliyi sözdədir. İki ölkə xüsusi ilə ABŞ Türkiyəyə qarşı PKK-nın əli ilə savaş aparır. Afrində gedən əməliyyatlarla bağlı beynəlxalq durum fərqlidi. Avropa İttifaqı Türkiyənin əməliyyatını dəstəkləyir. Amma ABŞ və bəzi ölkələr ümumi gedişdə Afrin əməliyyatının əleyhinədir".

Əli