Putin respublikaları ləğv edir Dünya

Putin respublikaları ləğv edir

Kremldən gələn siqnallardan belə nəticə çıxarmaq olar ki, tezliklə, bir sıra milli respublikalar öz mövcudluğunu itirəcək.
Bunu "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində rusiyalı politoloq Yuliya Verbitskaya söyləyib.
"Planetdə yalnız Rusiyada mövcud olan milli respublikalardakı atavizm tez-tez bolşeviklər tərəfindən Rusiya dövlətçiliyinə qoyulmuş mina adlandırılır. Hər kəs 1991-ci ilin dəhşətini xatırlayır. O zaman Rusiyadan Britaniya və Yunanıstanın birgə ərazisi boyda torpaq ayrıldı. Yəni Rusiyanın onda bir hissəsi ondan qopdu. SSRİ parçalananda bu ərazinin böyük hissəsində, daha dəqiq desək, Qazaxıstanda əhalinin böyük hissəsini ruslar, ukraynalılar və almanlar təşkil edirdi.
Son günlər Kremldən gələn siqnallardan belə nəticə çıxarmaq olar ki, tezliklə, bir sıra milli respublikalar öz mövcudluğunu itirəcək. Məsələ sadəcə ondadır ki, bu necə ediləcək? Bunun üçün Rusiya Konstitusiyası yenidən yazılacaq və ya administrativ rıçaqlardan istifadə ediləcək. Dağıstandakı kimi, milli elita sadəcə idarəetmədən uzaqlaşdırılacaq və ya iqtisadi rıçaqlar Moskvaya veriləcək. Bu yöndə ilk addım Tatarıstan oldu. Moskva sərt şəkildə Kazanla arasında olan razılaşmanın uzadılmasından imtina etdi.
Rusiya Prezident Administrasiyasının Tatarıstandakı bütün milli narahatlıqlar haqqında məlumatlı olmamasını düşünmək sadəlövhlük olardı. Tatarıstanda tatar dili məcburi öyrədilir, hər yerdə tatar milli klanları hökmranlıq edirdi. Hətta indi də Tatarıstanda rusların 40% olmasına rəğmən, hökumətdəki 30 nazirdən yalnız 7-si rusdur. Tatar elitasının yeni razılaşma imzalanması ilə bağlı davamlı cəhdləri rusdilli əhalinin məcburi şəkildə tatarca öyrədilməsinə qarşı çıxmalarına səbəb oldu. Nəticədə buna Vladimir Putin müdaxilə etdi və tədris müəssisələrində kütləvi şəkildə yoxlamalar aparıldı. Milli klanlar artıq anladılar ki, mərkəzlə bərabər səviyyədə danışıqların aparıldığı dövr sona yetib və artıq bütün regionlar üçün yeni konfiqurasiya formalaşacaq", – deyə o bildirib.
Verbitskayanın sözlərinə görə, hazırda Dağıstanda baş verən olaylar sadəcə təcrübə xarakteri daşıyır:
"Tatar elitasının Tatarıstan haqqında yaratdığı iqtisadi uğur mifi kart evi kimi dağılmağa başladı. Əvvəla, Tatarıstan dərin bank böhranına girdi, sonradan müəyyən olundu ki, bu uğurlu respublikanın borcu 90 milyard rubldur. Bu göstərici ilə Kazan ən çox borcu olan subyektlər arasında 4-cü yerə qalxdı. Üstəlik, bu borcların böyük hissəsi Rüstəm Minnixanovun rəhbərlik etdiyi dövrdə yaranıb.
Başqırdıstana Moskvadan nümayəndələrin təyin edilməsi, "Başneft"lə bağlı məcburi razılaşma, tatar elitasının sakitləşdirilməsi, Dağıstan klanının dağıdılması kimi məsələlərin hamısı siqnal deyilmi? Əgər əvvəllər bunun Yeltsin dövründən qalmış irsin ləğvi üçün Kreml strategiyası olduğu şübhəsi var idisə, Dağıstan olaylarından sonra bu şübhənin yeni reallıq tutdu.
Əslində, Dağıstandakı olaylar sadəcə eksperimentdir. Bu eksperiment digər milli respublikaların rəhbərləri üçün siqnal xarakteri daşıyır. Yəni deyilir ki, mərkəzin yerli mafioz klanlarla uşaq oyunları bitib, yeni həyat başlayır".