“Rusiyanın Ermənistana münasibətində narahat aktivlik var” Dünya

“Rusiyanın Ermənistana münasibətində narahat aktivlik var”

"Rusiyanın Ermənistana münasibətində narahat aktivlik var". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, RF Federasiya Şurasının komitə sədri K.Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdə oldu: "Ermənistan-Rusiya parlamentlərarası komissiyasının iclas məkanı son anda Rusiya tərəfinin tələbi ilə dəyişdirildi və iclas qapalı keçirildi. Yayılmış məlumata görə Rusiya Ermənistandan xarici siyasət məsələlərində vahid mövqe nümayiş etdirməyi tələb edir. Başqa sözlə Rusiyanın fikrincə, Ermənistan mexaniki olaraq onun mövqeyini dəstəkləməlidir: Əgər Rusiya və Ermənistan müttəfiqdirlərsə, ABŞ Rusiyanın düşmənidirsə, o zaman Ermənistan da ABŞ-a qarşı düşmən mövqedə dayanmalıdır. K.Kosaçev keçirdiyi mətbuat konfransında iki ölkə arasında həll edilməmiş məsələlərin olduğunu bildirdi və bunun Ermənistan üçün diskriminasiya xarakterli olmadığını dedi. K.Kosaçevə görə Ermənistan həqiqətən Rusiyanın strateji müttəfiqidir və bu mövqedə Rusiya cəmiyyəti ilə Rusiyanın yüksək rəhbərliyi arasında konsensus mövcuddur. Misal olaraq o Ermənistanla RF arasındakı parlamentlərarası dialoq formatının Azərbaycanla mövcud olmadığını bildirdi. RF və Ermənistan arasında parlamentlərarası əlaqələrdə 7 müstəvi fəaliyyət göstərir.
K.Kosaçev prezident və baş nazir seçkilərini Ermənistan respublikasının suveren seçimi olduğunu bildirdi. Rusiya Ermənistanın seçiminə hörmətlə yanaşır.
ER prezidenti K.Kosaçevi qəbul etdi. Münhendə birgə panel iclasında iştiraklarını xatırladı. Ünvanına səsləndirdiyi yaxşı fikirlərə görə K.Kosaçevə minnətdarlığını bildirdi. Amma S.Sərkisyan Rusiyanı Ermənistan üçün müstəsna müttəfiq adlandırmadı. S.Sərkisyanın fikrincə, "Ermənistan regionda vacib rol oynayan bütün inteqrasiya birlikləri ilə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi arzulayır". Rusiya-Ermənistan münasibətləri Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir.
K.Kosaçevin missiyası görünür, istənilən nəticəni vermədiyi üçün az keçmiş RF Dövlət Dumasının nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinə RF Dövlət Dumasının MDB işləri üzrə... komitəsinin sədr müavini Viktor Vodolazski başçılıq etsə də, son anda RF tərəfdən K.Zatulin "birinci skripka"da oldu. O, Ermənistanı narahat edən suallara cavab verərək Rusiyanın aprel döyüşlərindən nəticə çıxardığını, Azərbaycana silah satışını azaltdığını, satdığı silahların bir qisminin köhnə tipli olduğunu, əvəzində Ermənistana ən müasir silahlar verdiyini bildirdi. Buna bənzər fikirləri K.Kosaçevin də bir az əvvəl deməsi bu fikrlərin Kremlə məxsusluğunu göstərir. Ola bilər, Kremlin konkret zamanla bağlı gözlədiyi nəticə var və buna görə də Kreml belə fikriləri dövriyyəyə buraxdı.
K.Zatulin Ermənistanı Rusiyanın forpostu, Ermənistanı Rusiyanın bu regiondakı "İsraili" adlandırdı. K.Zatulin S.Sərkisyanın ünvanına bəzi qızıl ruletka haqqında "yaxşı" fikirlər səsləndirməklə, onu Rusiyanın rolunu dərk etməyə çağırdı.
Rusiyadan gələn parlament nümayəndə heyətləri "erməni soyqırımı" muzeyinə baş çəkdi".