İranın nüvə siyasəti regionu xaosa aparır Dünya

İranın nüvə siyasəti regionu xaosa aparır

ABŞ-İran, paralel olaraq İsrail-İran siyasi qarşıdurması dərinləşir. Bu siyasi qarşıdurmanın hərbi müstəviyə keşməsi isə regionda sonu bilinməyən xaosa apara bilər. Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Trampın İranın altılıq ölkələri ilə bağladığı nüvə sazişindən çıxmaq bəyanatı, İsrailin baş naziri B.Netanyahunun İranla mümkün müharibəni qeyd etməsi dünyanın qlobal təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır. İran ətrafında cərəyan edən siyasi proseslərə mayın 12-nə kimi prezident Trampın İranla bağladığları nüvə sazişinə verəcəyi reaksiyadan aydın olacaq.
Artıq, Vaşinqton, Paris və Londonu öz tərəfinə çəkərək, Almaniyanıda razı salmağa çalışır. Əgər, nüvə sazişinə mümkün dəyişilikləri rəsmi Tehran qəbul etməsə, ağırlaşdırılmış sanksiyalar İrana tətbiq olunacaq. Qeyd edim ki, İran ətrafında ABŞ izolyasiya formalaşdıraraq, rəsmi Tehranı Suriya, Fələstin və Yəməndə siyasətindən əl çəkməyə məcbur edəcək addımlara başlayacaq. Artıq Səudiyyə Ərəbistanı ilə Yəmən sərhəddinə ABŞ xüsusi təyinatlıları yerləşdirilib, yeni əməliyyat husilərin əlində olan balistik raket mərkəzlərini məhv etmək, İranın lojistik dəstəyinin qarşısını almaqdır. Suriyada İsrail İrana qarşı bu kimi əməliyyatlar həyata keçirərək, İranın hərbi obyektlərinə bir neçə dəfə zərbələr endirib.
İran prezidenti Həsən Ruhani nüvə sazişindən çıxmaq barədə Trampı kəskin şəkildə tənqid etsə də, bu sərt ritorika Vaşinqtonu öz siyasətindən geri çəkməyəcək. ABŞ 2015-ci ildə bağlanmış nüvə sazişində dəyişiklik etməklə, İranın birdəfələlik nüvə tədqiqatlarını və ballistik raket sistemini dayandırmasını tələb edir. Qeyd edək ki, yeni müqavilədə İran nüvə tədqiqatlarını birdəfəlik dayandıra bilər, amma balistik taketlərin sınağından vaz keçməyəcək. Bu, İranın müdafisənin zəiflədilməsinə hesablanmış siyasət kimi rəsmi Tehran tərəfindən qəbul edilməyəcək: "Göründüyü kimi cənub qonşumuzun üzərini qara buludlar almaqdadır. İrana qarşı İsrailin hərbi-siyasi hərəkətliliyi fonunda Azərbaycanın tutacağı mövqeyinə gəldikdə, biz İsrailin təhlükəsizliyi naminə aparacağı siyasətdə İranın Azərbaycana qarşı Ermənistan siyasətinə uyğun siyasət aparmalıyıq. İran Ermənistanın işğalı davam etdirməsinə daim pərdəarxası dəstək olub və bunu hazırda davam etdirir. Yaxın Şərqdə gərginləşən vəziyyət İran üzərində fokuslaşmaqla gərginlik Azərbaycan sərhəddinə yaxınlaşır. Bu siyasi-hərbi gərginliklərdə ölkəmiz ABŞ və İsraillə mümkün əlaqələri inkişaf etdirməlidir".