“5 milyon uyğur öldürülüb” – Şərqi Türküstan ayağa qalxdı Dünya

“5 milyon uyğur öldürülüb” – Şərqi Türküstan ayağa qalxdı

2009-cu ildə Şərqi Türküstanda baş vermiş qətliamın 11-ci ildönümü münasibətilə paytaxt Urumçidə yürüş keçirilib.
Polis qüvvələri Çin konsulluğunun qarşısından başlayan yürüşə müdaxilə edilib.
Etirazçılar Çinin dövlət başçısı Xi Xinpinqin şəkillərini yandırıblar.
Nümayişdə 11 il əvvəl Çin rejimi tərəfindən Şərqi Türküstanda keçirilmiş etiraz aksiyaları vaxtı törətdiyi qətliam pislənilib.
1990-cı illərdən bu günədək Çin polisi və hərbi qüvvələri tərəfindən 5 milyon uyğurun öldürüldüyü diqqətə çatdırılıb.
Nümayişin bəyanatı səsləndirilikdən sonra Çin konsulluğuna girmək istəyən etirazçıların qarşısı zorakılıqla alınıb. Nəticədə qarşıdurma yaranıb. Uzun müddət davam edən qarşıdurma mitinq təşkilatçılarının tələbilə yatırdılıb.