“Kədərli hadisədir” Dünya

“Kədərli hadisədir”

ABŞ prezidenti Donald Tramp Rusiyanın İl-20 təyyarəsinin Suriyada vurulmasını "kədərli hadisə" adlandırıb.
Xəbəri RİA Novosti yayıb.
"Mən bu insidentlə bağlı bir az əvvəl məlumat aldım. Mənim üçün bu, belə görünür: fakta söykənsək, təyyarəni Suriyanın vurduğunu deyə bilərik", - deyə Tramp Polşa prezidenti Ancey Duda ilə birlikdə Vaşinqtonda keçirilən mətbuat konfransında bəyan edib.
O bildirib ki, qəza zamanı azı 14 rusiyalı hərbçi ölüb: "Və bu, çox kədərli hadisədir".
ABŞ prezidenti bu hadisəyə görə məsuliyyəti Dəməşqin üzərinə atıb.
Xatırladaq ki, sentyabrın 17-si Moskva vaxtı ilə saat 23:00-da Rusiyaya məxsus İl-20 təyyarəsi Suriya üzərindən uçan zaman radarlardan itib. Həmin vaxt İsrailə məxsus dörd ədəd F-16 qırıcısı Latakiyanı bombardman edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə S-200-dən atılmış raketlə vurulub. Hadisə zamanı 15 rusiyalı hərbçi ölüb.