Rusiya Ukraynaya qoşun yeritməyə hazırlaşır Dünya

Rusiya Ukraynaya qoşun yeritməyə hazırlaşır

Poroşenko: "Ukraynaya qarşı Rusiya zabitləri döyüşür"

Rusiya xüsusi təyinatlıları bu gün Rostov vilayətindən Ukrayna ərazisinə girəcək. Bu barədə ərbi ekspert Dmitri Timçuk açıqlama verib: "Bazar günü etibarlı mənbədən məlumat daxil olub. Əmin ola bilərsiniz ki, sabah Rusiya xüsusi təyinatlıları Ukraynaya girəcək. Hazırda xüsusi təyinatlılar Rostov vilayətində toplanır. Onlar Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarıdır".
Dünən Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə güc strukturlarının rəhbərləri ilə növbəti müşavirə keçirib.
Poroşenko müşavirədə bəyan edib ki, ölkənin şərqində Ukrayna ordusuna qarşı Rusiya zabitləri döyüşür və müasir Rusiya silahlarından istifadə olunur. "Son üç gün ərzində Ukrayna Silahlı Qüvvələrinə qarşı Rusiya istehsalı olan ən yeni yaylım atəş sistemindən istifadə olunub".
Poroşenko ölkənin şərqində antiterror əməliyyatının aktiv fazasının davam etdiyini söyləyib. O, Ukraynaya qarşı döyüşlərdə Rusiya ordusunun kadr zabitlərinin iştirakının təsdiqləndiyini vurğulayıb.