“ABŞ-ın İran siyasəti uğur qazanmayacaq” Dünya

“ABŞ-ın İran siyasəti uğur qazanmayacaq”

ABŞ-ın İrana qarşı koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.
Bunu "RİA Novosti"yə açıqlamasında Vaşinqtondakı İran-Amerika Milli Şurasının (NİAC) rəhbəri Trita Parsi deyib.
"Dövlət katibi Mayk Pompeo Varşavada antiİran koalisiyasının yaradılmasına yönəldilən konfransa rəhbərlik edəcək. Bu, ABŞ-ın koalisiya yaratmağa etdiyi ilk cəhd deyil. Bu cür cəhdlərin hamısı hətta ABŞ öz gücünün apogeyində, İran isə indikindən daha zəif olan zamanda da uğursuzluqla nəticələnib. Pompeo və Boltonun səylərinin daha uğurlu olacağına dair heç bir səbəb yoxdur. Onlar Trampı sonu uğursuzluq olan yola itələyirlər. Pompeo və Bolton İran hökumətiylə mübarizədə hansısa yeni yol təklif etmir. Hazırkı siyasətini Vaşinqton uzun illərdir aparır. İran isə 1990-cı illərin başlanğıcından bu yana Qərblə yaxınlaşma yolları axtarır, lakin Yaxın Şərqin təhlükəsizlik arxitekturasının müzakirəsindən uzaqlaşdırılıb. Məhz buna görə, o, regionda Amerikanın bütün cəhdlərinə müxalif mövqe tutub" – deyə o bildirib.