Rus raketlərini yalnız zərbə anında görə bilirik Dünya

Rus raketlərini yalnız zərbə anında görə bilirik

ABŞ rus raketlərinə qarşı çıxmaq iqtidarında deyil, buna görə də strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilə uzadılmalıdır. Bu barədə ABŞ-ın nüvə qüvvələrinin komandanı Con Hayten danışıb. Onun sözlərinə görə, bu sahədə ən çox təhlükəni müasir qanadlı və supersonik raketlər, həmçinin "Poseydon" pilotsuz sualtı aparatı təşkil edir.
"Artıq 10 ildir ki, istənilən vaxt istiqamətini dəyişə biləcək bu silahlar məni narahat edir. Bizim onlarla problemimiz olacaq. Mən bu gün ölkəni müdafiə imkanlarına sahib olduğumu deyə bilərəm, ancaq gələcəkdə mənim vəzifəmi tutacaq şəxslərə görə narahatam", - Hayten bildirib.
Senatorlara rus raketlərinin xüsusiyyətləri barədə danışan Hayten ABŞ sistemlərinin həmin raketləri müəyyən etdiyini, lakin bir qədər sonra həmin raketlərin yoxa çıxdığını və yalnız zərbə anında yenidən peyda olduğunu qeyd edib.