Ermənistanın sabiq Baş naziri Paşinyanı ifşa edir Dünya

Ermənistanın sabiq Baş naziri Paşinyanı ifşa edir

“1 Mart sırf siyasi prosesdir”

“Bəli, Putin gizlətmir ki, Robert Köçəryanla dostluq əlaqələri var. Lakin o, demək istəyir ki, qardaş, nə üçün adamı bağlamısınız? Mühakimə edin, məhkəmə prosesi başlasın, görək günahkardır, yoxsa yox?”.

Erməni KİV xəbər verir ki, bunu Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, Qərb də Köçəryanı azadlıqda görmək istəmir, çünki Köçəryanı rusyönümlü siyasi xadim hesab edir.
“Siz elə bir tezis götürmüsünüz ki, həmin tezis öz düşüncəsi ilə, bir çoxlarının düşüncəsi ilə şübhəlidir və məhkəmə başlayana qədər bağlamısınız”, - deyə Baqratyan bildirib.
O qeyd edib ki, Putin sadəcə Qərbin təsirinə qarşı mübarizə aparır.
“1 Mart sırf siyasi prosesdir, mən burada cinayət elementi görmürəm. Yaxşı, əgər siyasi prosesdirsə, o zaman Rusiya olduqca səs-küylü şəkildə cavab verəcək və deyəcək ki, Qərbin ağlına düşmüsən?”, - deyə Baqratyan bildirib və əlavə edib ki, Paşinyan hakimiyyəti hesablamalar etməyi bilmir və bütün bunların nəticələrini də saymır.