Cənubi Koreya prezidentinin reytinqi ən aşağı səviyyəyə enib Dünya

Cənubi Koreya prezidentinin reytinqi ən aşağı səviyyəyə enib

Cənubi Koreya prezidenti Mun Cje İn hakimiyyətə gəldiyi gündən bu günə qədər reytinqi ən aşağı minimuma enib. Bu barədə Cənubi Koreyanın Realmeter tədqiqat agentliyinin məlumatlarında əks olunub. Agentliyin məlumatına görə, Mun Çje İnin oktyabr ayının ilk həftəsində reytinqi 44.4 faiz səviyyəsində olub ki, bu da sentyabr ayının son həftəsindəki nəticədən 2.9 faiz azdır.
Qeyd edək ki, bundan öncəki minimum cari ilin mart ayında qeyd alınıb ki, bu da 44,9 faiz səviyyəsində olub. Aparıılan sorğuda iştirak edənlərin 52 faizi ölkə başçısının öz vəzifəsini “son dərəcədə pis” idarə etdiyini söyləyiblər.
Aparılan sorğu 2007 sakin arasında keçirilib.