ABŞ İŞİD terrorçularını yenidən bombaladı Dünya

ABŞ İŞİD terrorçularını yenidən bombaladı

ABŞ qırıcı təyyarələri "İslam Dövləti" (İŞİD) silahlılarının İraqın şimal-qərbindəki mövqelərinə uğurlu hücum ediblər.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı məlumat verib: "Təxminən saat 13:10-da ABŞ qırıcı təyyarələri İŞİD-in dağlıq Sincar şəhərinin cənub-qərbində yerləşən blokpostunu məhv ediblər. Elə həmin zonada qırıcıların əsgərlərin daşınması üçün nəzərdə tutulan nəqliyyata və zirehli transporterlərə hücumu nəticəsində hər iki maşın məhv edilib."
Məlumata əsasən, ABŞ aviasiyası bundan başqa, Sincar şəhərindən cənub, cənub-şərq və şərqdə yerləşən blokpostlara da raket-bomba zərbələri endirib. Burada silahlılara məxsus iki yük avtomobili və zirehli maşın məhv edilib. Məlumatda ABŞ Hərbi-Hava Qüvvələrinin şəxsi heyətinin itki vermədiyi bildirilir.