“Gazprom” “Naftogaz”a 2,9 milyard dollarlıq borcunu ödəyib Dünya

“Gazprom” “Naftogaz”a 2,9 milyard dollarlıq borcunu ödəyib

Rusiyanın “Gazprom” şirkəti Ukraynaya 2,9 milyard dollarlıq borcunu ödəyib.
Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Gazprom” Stokholm arbitraj məhkəməsinin qərarına əsasən, Ukraynanın “Naftogaz” şirkətinə 2,9 milyard dollarlıq borcunu ödəyib.
“Naftogaz”ın məlumatında isə qeyd olunur ki, “Gazprom” 2,9 milyard dollarlıq borcunu ödəyib. Bunun 2,56 milyard dolları əsas borc, qalanı isə faizlərdir.
Qeyd edək ki, Ukrayna və Rusiya Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanmasına dair saziş imzalayıb. Razılaşmaya əsasən, 2020-ci ildə Ukrayna ərazisindən 65 milyard kubmetr, 2021-2024-cü illərdə isə illik 40 milyard kubmetr təbii qaz tranzit olunacaq.