Ukrayna əsirlərin dəyişdirilməsinə başladı Dünya

Ukrayna əsirlərin dəyişdirilməsinə başladı

Qorlovka şəhərində Ukrayna ilə Donetsk və Luqansk separatçıları arasında son iki il ərzindəki ilk əsir dəyişdirilməsi prosesinə başlanılıb.
Bu barədə məlumatı Donetsk separatçılarının “ombudsmanı” Darya Morozova yayıb.
Qeyd edək ki, Donetsk və Luqansk Kiyevə 55 nəfəri təhvil verəcək, qarşı tərəf isə bunun müqabilində 87 nəfəri sərbəst buraxacaq.