Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını SOCAR-a satdı İqtisadiyyat

Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını SOCAR-a satdı

SOCAR "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə "ITOCHU" korporasiyasına məxsus iştirak payını alıb.

İştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Alqı-satqı prosesinə qədər "ITOCHU" korporasiyası AÇG layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.