Rusiyada agent elan edilən məşhur siyasətçi Fransaya qaçdı Dünya

Rusiyada agent elan edilən məşhur siyasətçi Fransaya qaçdı

Rusiya Dövlət Dumasının keçmiş deputatı, siyasətçi Boris Nadejdin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya alınıb – red.) ölkəni tərk edərək Fransada yerləşdiyini açıqlayıb.

Bu barədə o, Teleqram kanalında məlumat verib.

“Hamıya salam. Xoş xəbərim var - salamatam və azadam. Təəssüf ki, artıq Rusiyada deyiləm. Ətrafa nəzər salmalı və necə irəliləyəcəyimi düşünməliyəm. Planlarım haqda sonra yazacam”, - Nadejdin bildirib.

Siyasətçinin vəkili Dmitri Trunin də TASS-a Boris Nadejdinin Rusiyanı tərk etdiyini təsdiqləyib.