Zaxarova: NATO ölkələri terrorizmi maliyyələşdirir Dünya

Zaxarova: NATO ölkələri terrorizmi maliyyələşdirir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO ölkələrinin terrorizmi dəstəkləyən ölkələr olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

O, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Krasnodar vilayətinin Arxipo-Osipovka qəsəbəsinə hücumunu şərh edərkən bildirib. Həmin hücum nəticəsində onlarla insan, o cümlədən uşaqlar xəsarət alıb.

"Avropanın mərkəzində Ukraynanın dövlət aparatını zəbt etmiş terrorçu quldur dəstəsi fəaliyyət göstərir. NATO ölkələri terrorizmi dəstəkləyir", — deyə Zaxarova qeyd edib.

Məryəm Quliyeva