Reşford İstanbul klubuna keçə bilər İdman

Reşford İstanbul klubuna keçə bilər

Türkiyə klublarından "Fənərbağça" Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu transfer etmək niyyətindədir.

Bu barədə İngiltərənin "The Sun" nəşri məlumat yayıb.

İddiaya görə, İstanbul təmsilçisi bu keçidi reallaşdırmaq məqsədilə 28 yaşlı futbolçunun transfer şərtlərini araşdırır.

Mənbənin məlumatına əsasən, "Fənərbağça"nın transfer siyahısında "Milan"ın vingeri Rafael Leao və "Kristal Pelas"ın seneqallı hücumçusu İsmaila Sarr da yer alır.

Bildirilir ki, "Fənərbağça" artıq Reşfordun agentləri ilə ilkin danışıqlar aparıb. İngiltərəli futbolçunun gələcəyi ilə bağlı yekun qərar verməyə tələsmədiyi vurğulanır. Bununla belə, Reşford Türkiyəyə transfer olunmağa razılıq verərsə, "Fənərbağça" bu keçid üçün ciddi maliyyə vəsaiti ayırmağa hazırdır.

Qeyd edək ki, Markus Reşford peşəkar karyerası ərzində 506 rəsmi oyunda meydana çıxıb, 161 qol vurub və 99 məhsuldar ötürmə verib.