İyulun ikinci yarısında Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub Cəmiyyət

İyulun ikinci yarısında Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 53 780 vətəndaş müraciəti daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Müraciətlərin 9 447-si elektron qaydada, 2 360-ı yazılı formada, 34 923-ü çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 7 050 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə tələbə qəbulu, tələbələrin köçürülməsi prosesi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.