Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsində "Tvente" ilə qarşılaşa bilər İdman

Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsində "Tvente" ilə qarşılaşa bilər

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan çempionunun mümkün rəqibi bəlli olub.

Qurban Qurbanovun komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.