HƏMAS vasitəçilərə müraciət etdi: "İsrailə birbaşa təzyiq göstərin"​​​​​​​ Gündəm

HƏMAS vasitəçilərə müraciət etdi: "İsrailə birbaşa təzyiq göstərin"​​​​​​​

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşin tam dayandırılması üçün İsrailə birbaşa təzyiq göstərmək tələbi ilə vasitəçilərə müraciət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına hərəkatın rəhbərliyindəki mənbə məlumat verib.

"Hərəkat vasitəçilərlə əlaqə saxlayıb və işğalçı qüvvələrin Qəzzadakı son gərginləşməsi ilə bağlı aydın mövqe nümayiş etdirilməsini tələb edib", - deyə HƏMAS nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, hərəkat İsraili atəşi tam dayandırmağa məcbur etmək üçün vasitəçilərin "birbaşa müdaxiləsində" təkid edir.

Telekanalın mənbəsi həmçinin vurğulayıb ki, İsrail hücumlarının davam etməsi mövcud razılaşmaları təhlükə altına qoyur. "Biz vasitəçilərə təsdiq etdik ki, təcavüzün davam etməsi sazişin icrasına və onun yerinə yetirilmə qrafiki üzrə danışıqlara mane olur", - deyə o əlavə edib.

Məryəm Quliyeva