İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir Dünya

İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir

“Qəzza zolağı ilə bağlı Sülh Şurasının planı müsbət addımdır, amma HƏMAS tam tərksilah edilməlidir”.

Bunu İsrail Prezidenti İsxaq Hersoq deyib.

“ABŞ Prezidenti Donald Trampın nəzarəti və rəhbərliyi altında həyata keçirilən Sülh Şurasın səylərində çoxlu müsbət məqamlar görürəm”, - o vurğulayıb.

Hersoq əlavə edib ki, Trampın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş 20 maddədən ibarət planı Qəzzada texnokratlardan ibarət hökumətin formalaşdırılması üçün zəmin yarada bilər.