Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
30 Aprel 2020 14:41
2 247
Böyük Britaniyanın Oksford Universitetinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırladığı peyvəndin sınağının ilkin nəticələrinin açıqlanacağı vaxt məlum olub.
APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, Oksford Universitetinin mütəxəssisləri koronavirusa qarşı peyvəndin sınağının ilkin nəticələrinin iyunun ortalarında açıqlanacağını bildiriblər.
Universitet peyvəndin effektiv olacağı təqdirdə, onun kütləvi istehsalı üçün dünyanın böyük dərman şirkətlərindən biri olan "AstraZeneca" ilə əməkdaşlıq barədə razılığa gəlib.
Universitetdən verilən məlumata görə, ingilis-İsveç əczaçılıq şirkəti ilə bağlanmış saziş peyvəndin dünya miqyasında sürətlə yayılmasına imkan verəcək.
Britaniyanın Səhiyyə naziri Matt Hankok bu əməkdaşlığı alqışlayıb. O, bu barədə "Twitter" səhifəsində qeyd edib.
"Oksford Universitetinin hazırladığı peyvənd dünyada ən inkişaf etmişlərdən biridir. Bu peyvənd üzərində işləmək üçün Britaniya elmi və Britaniyanın ən yaxşıları bir araya gəlib”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Oksford Universiteti tərəfindən hazırlanmış peyvəndin insanlar üzərində ilkin sınaqları ötən həftədən başlayıb.