Kanadada COVID-19 infeksiyasına yoluxanların sayı 55 mini keçib Dünya

Kanadada COVID-19 infeksiyasına yoluxanların sayı 55 mini keçib

Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 55 mini keçib, təxminən 3,5 min nəfər də virusdan ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlamasında bildirib.
Cümə günü 53 657 nəfərin yoluxduğu və 3223 nəfərin də öldüyü bildirilirdi.
Son məlumatlara görə, Kanadada 55 572 nəfərdə koronavirus infeksiyası aşkar edilib, ölənlərin sayı 3446-ya çatıb. Ən çox yoluxma Kvebek və Ontario əyalətlərində qeydə alınıb – 28 648 və 17 119 nəfər.