"Virusun harda yarandığını dəqiq bilmirik" Dünya

"Virusun harda yarandığını dəqiq bilmirik"

“ABŞ hökuməti yeni növ koronavirusun harada yarandığını dəqiq bilmir”.
Bunu çərşənbə axşamı Pentaqonda keçirilən brifinqdə ABŞ Baş Qərargah Rəhbərləri Komitəsinin sədri general Mark Milli bildirib.
O qeyd edib ki, dəlillərə görə virus var, lakin onun yayılmasının təsadüf olub-olmaması, təbii olaraq ətraf mühitdə yayılması və ya qəsdən yaradılması sual doğurur: “Bu versiyaların hər hansı birinin lehinə heç bir sübut yoxdur. Bunlar eyni zamanda virusun təsadüf olmadığını göstərir. Digər tərəfdən, diqqət çəkən virusun yaradıldığı məkandır. O, Uhandakı virusologiya laboratoriyasından gəldi, yoxsa Uhandakı dəniz məhsulları bazarından yayıldı və yaxud başqa yerdə yarandı? Bilmirik”.
General əlavə edib ki, Çin hökuməti müfəttişlərə və müstəntiqlərə laboratoriyada tam şəffaf araşdırma aparmağa icazə versə, dünya bunun əsl mənbəyini bilər, bu, işə çox kömək olardı.
Qeyd edək ki, bazar günü ABŞ Dövlət Katibi Mayk Pompeo Vaşinqtonda koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan yayılmağa başladığına dair dəlillərin olduğunu söyləyib.
Pompeo virusun süni şəkildə yaradıldığını və bir daha Çin hökumətini virusun yayılması ilə bağlı məlumatların bir hissəsini gizlətməkdə ittiham edib.
Xatırladaq ki, aprelin 29-da Çin Xarici işlər nazirinin müavini Le Yuçen NBC telekanalına verdiyi müsahibədə "bəzi siyasətçilərin virusdan Çini ləkələmək üçün istifadə etdiklərindən təəssüfləndiklərini bildirib. O, Pekinin koronavirusla bağlı heç bir məlumat gizlətmədiyini vurğulayıb.