Bölgədə “sükut rejimi” başlayacaq Dünya

Bölgədə “sükut rejimi” başlayacaq

Tanınmamış "Donetsk Xalq Respublikasının" lideri Aleksandr Zaxarçenko şənbə günündən etibarən bölgədə "sükut rejimi"nin başlayacağını elan edib. Bu barədə BBC məlumat yayıb. "Bu gündən etibarən "sükut rejimi" başlayıb. Ona 5 gün ərzində əməl olunsa, hər iki tərəfdən ağır texnikanın geri çəkilməsi həyata keçiriləcək", - Zaxarçenko Donetskdə keçirdiyi brifinqdə bildirib. Qeyd edək ki, 20 sentyabrda Minsk şəhərində imzalanmış razılaşma tərəflərin 19 sentyabra qədər tutulan mövqelərdə qalmasını, atəşin dayandırılmasını və hər iki tərəfdən ağır texnikanın 15 kilometrlik məsafəyə geri çəkilməsini nəzərdə tutur. Lakin bu razılaşma dəfələrlə poulzub və hər iki tərəfdən itkilər olub. BMT hesablamalarına görə, atəşkəsin qüvvəyə mindiyi gündən bu yana baş verən qarşıdurmada 331 adam öldürülüb.
Son məlumatlara görə, Ukraynanın şərqindəki Debaltsevo və Sçastye yaşayış məntəqələri yaxınlığında döyüşlər ötən gün də davam edir. Separatçılar gecə saatlarında zenit qurğuları və atıcı silahlarla Ukrayna ordusunun bölmələrini Sçastye şəhəri yaxınlığında atəşə tutublar. Luqansk yaxınlığındakı Ukrayna hərbçiləri də atəşə tutulub. Donetsk şəhər şurasından verilən məlumata görə, ötən gecə Kuybışev rayonunda da atəşə ara verilməyib. Şəhərin su təchizatı sıradan çıxıb. Cümə günə Donetskdəki hərbi əməliyyatlarda üç nəfər dinc sakin həlak olub, 4 nəfər yaralanıb. Özünü müstəqil elan edən "Donetsk Xalq Respublikası"nın baş naziri Alexander Zakarçenko oktyabrın 11-də keçirdiyi brifinqdə bildirib ki, qoşunların qarşılıqlı geri çəkilməsinə beş gün sonra başlana bilər: "Bu gündən atəşkəs rejimi başlamalıdır. Bu rejimə 5 gün əməl edilsə, o zaman hər iki tərəf ağır texnikaları geri çəkəcək".