ABŞ Rusiya ilə münaqışə həvəsində deyil Dünya

ABŞ Rusiya ilə münaqışə həvəsində deyil

ABŞ Ukraynanı Avropa ilə Rusiya arasındakı "körpü" qismində görmək istəyir. APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
O, Rusiyanın qlobal böhranların həllinə qoşulmasının vacibliyini önə çəkərək öncə Ukrayna münaqişəsinin həlli istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.
"Ümid edirik ki, bir gün Ukrayna Avropa və Rusiya arasında körpü rolunu oynayacaq" deyən C. Kerri ölkəsinin Rusiya ilə hər hansı münaqişəyə girməyə meyilli olmadığını bildirib.