Türliyədə nurçuların “ov”lanması davam edir Dünya

Türliyədə nurçuların “ov”lanması davam edir

Daxili işlər naziri Efkan Ala: " "Hizmet" hərəkatının bir neçə tərəfdarının saxlanması nəticəsində dövlət çevrilişi cəhdinin qarşısını almaq mümkün olub"

Cavid

Türkiyə yenidən çalxalanıb. Ölkədə yenidən nurçuların "ov"una başlanılıb. Belə ki, ötən gün Türkiyə polisi "Samanyolu" telekanalının və "Zaman" qəzetinin ofisində əməliyyat keçirib. Əməliyyat zamanı STV-nin prodüseri Salih Asan, rejissoru Engin Koç və "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı saxlanılıb. Bundan başqa, "Paralel Yapı" əməliyyatı çərçivəsində hər iki redaksiyadan 20-dən çox əməkdaşın da həbs edildiyi bildirilir.
Onu da qeyd edək ki, İstanbul Baş Prokurorluğun keçirdiyi "Paralel yapı" əməliyyatından sonra dini lider Fəthullah Gülənlə bağlı bir bir iddia ortaya atılıb. Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Pensilvaniyada yaşayan dini liderin bu başlayan istintaqda şübhəlilər arasında yer alır.
İstanbul Respublika Prokurorluğu tərəfindən verilən yazılı açıqlamada əməliyyatın 31 şübhəliyə qarşı keçirildiyi bildirilmiş və Gülənin adı çəkilməmişdi. Ancaq "Doğan" xəbər agentliyinin xəbərinə görə Gülən haqqında axtarış və həbs olunma qərarı verilmədiyindən onun adı açıqlanmayıb. Qeyd olunur ki, istintaqda şübhəli olaraq yer alan Fəthullah Gülən xaricdə yaşadığı üçün barəsində axtarış və saxlanılma qərarı verilməyib.
Prokurorluq mənbələrindən əldə edilən məlumata görə, istintaqın gedişatında Gülən haqqında toplanan dəlillərin Ədliyyə Nazirliyinə təqdim ediləcək və Interpoldan "qırmızı bülleten"in çıxarılmasının tələb olunacaq.
Baş prokuror vəkili Orhan Kapıcı hələlik 31 adam barəsində həbs qərarı verildiyini söyləyib. Fəthullah Gülənin saxlanılması barədə qərarın olub-olmadığına gəlincə, o, "hələlik bir şey deyə bilmərəm" deyib.
Türkiyədə bu gün həyata keçirilən və Fətullah Gülənə yaxın olan media mənsublarının həbsi ilə nəticələnən əməliyyatı bir çoxları 2013-cü ildə başlayan "Korrupsiya və rüşvət əməliyyatı"nın əvəzi sayır.
2013-cü il 17 dekabrda başlayan və Türkiyəni silkələyən "Korrupsiya əməliyyatı"nda nazir oğulları da gözaltına alındı, bir neçə nazir isə istefa verməyə məcbur oldu. "Gülənin dövlət içinə sızmış adamları" olaraq xarakterizə edilən şəxslərin həyata keçirdiyi əməliyyatlar bir neçə ay davam edən böyük siyasi dalğalarla müşayiət olundu.
Hazırda isə bu zərbədən 2014 seçkilərində itki vermədən çıxan AKP-nin rəqibə qarşı sonuncu həmləsi müzakirə mövzusudur. Dekabrın 14-də keçirilən əməliyyatı siyasilər "cavab əməliyyatı" adlandırırlar və həbslərin davam edəcəyi gümanıdadırlar.
Avropa İttifaqı isə Türkiyədə polisin prezident Rəcəp Tayyib Ərdoğanın rəqibi Fətullah Gülən tərəfdarı olan 24 nəfəri həbs etməsi ilə nəticələn reydlərini qınayıb.
Aİ bunun media azadlığı prinsipləri ilə bir araya gəlmədiyin bildirib. Avropa ittifaqının açıqlamasında reydlərin Türkiyənin də üzvü olmaq istədiyi Avropa dəyərləri və standartlarına zidd olduğu deyilir.
ABŞ Dövlət Departamenti də Türkiyədə polis reydləri və həbslərlə bağlı narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, sağlam demokratiyanın əsas elementləri olan media azadlığı və ədalətli məhkəmə sistemi Türkiyənin öz konstitusiyası ilə təsbit olunub. "Türkiyənin dostu və müttəfiqi kimi Türkiyə rəsmilərini onların hərəkətlərinin bu fundamental prinsipləri və Türkiyənin özünün fundamental əsaslarını pozmadığını təmin etməyə çağırırıq"-deyə Dövlət Departamentinin bəyanatında deyilir.
Ötən gün Türkiyədə "paralel yapı" ya qarşı başlayan əməliyyatlar zamanı "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı və "Saman yolu" televiziyasının baş direktoru Hidayət Karaca həbs edilib. Ümumilikdə həbs edilənlərin sayının 25 olduğu bildirilir.
Türkiyə polisinin bazar günü həbs etdiyi media nümayəndələri arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı və Samanyolu televiziya şəbəkəsinin rəhbəri Hidayet Karaca da var.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə keçirilən kütləvi həbslər barədə danışarkən bildirib ki, Türkiyədə dövlət əleyhinə olan strukturlar xalq və tarix qarşısında cavab verəcək.
"Dövlət müəssisələrinə daxil olan, prezident, baş naziri dinləyənlər anlamalıdırlar ki, onların bu hərəkətinin bir cəzası da var", - deyə Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bildirib.
Baş nazir bildirib ki, nurçular hətta Türkiyə Milli Təhlükəsizlik İdarəsinin sıralarına da daxil olaraq hökumətə qarşı əməliyyatda keçirməyə cəhd ediblər: "Bizə etibar edilən milli maraqları sona qədər qorumalıyıq".
Ölkənin daxili işlər naziri Efkan Ala bəya edib ki, Türkiyədə hökumət əleyhinə "Hizmet" hərəkatının bir neçə tərəfdarının saxlanması nəticəsində dövlət çevrilişi cəhdinin qarşısını almaq mümkün olub: "Təxribat fəaliyyəti son 10 il ərzində aparılıb, lakin biz bu planları və niyyəti aradan götürə bildik."
O da bildirilib ki, Türkiyədə medianın önəmli isimlərindən olan Nuh Gönültaş xaricə qaçıb.
Haqqında polis tərəfindən nəzarət qərarı olan jurnalist-yazar Nuh Gönültaşın dünən gecə Atatürk hava limanından xaricə qaçdığı müəyyən edilib.
İstintaq çərçivəsində barəsində nəzarət qərarı olan "Zaman" qəzetinin sabiq köşə yazarlarından Hüseyn Gülercenin isə İstanbul məhkəməsində ifadə verəcəyi öyrənilib.
Türkiyə mediası onu da xəbər verib ki, dünən səhər saatlarında İstanbul Baş Prokurorluğun keçirdiyi "Paralel yapı" əməliyyatında saxlanılanlardan 3-ü sərbəst buraxılıb.
Bunlar "Samanyolu" telekanalında yayımlanan "Tek Türkiye" serialının heyətində yer alan Elif Yılmaz, Ebru Şenvardar və Naci Çelik Berksoydur.
Əməliyyat çərçivəsində 31 nəfərin saxlanılması qərarı verilsə də, 27 nəfər saxlanılıb. Barəsində saxlanılma qərarı verilən jurnalist-yazar Nuh Gönültaşın əməliyyatdan bir gün əvvəl Atatürk hava limanından xaricə getdiyi müəyyən olunub.
Türkiyə baş prokurorluqdan verilən açıqlamada deyilir ki, sözügedən şəxslər silahlı terror təşkilatı qurmaq, idarə etmək, üzvü olmaq və böhtan cinayətlərində şübhəli hesab olunduqlarından, onların saxlanılması barədə təlimat verilib.
Bu arada isə Baş prokuror Hadi Salihoğlunun imzası ilə mediaya yazılı açıqlama yayılıb, əməliyyatla bağlı müfəssəl məlumat verilib. Bildirilib ki, Hidayət Karaca, Əkrəm Dumanlı, Fahri Sarrafoğlu, Hüseyn Gülərcə, Əhməd Şahin, Nuh Gönüldaş, Naci Çelik Berksoy, Alı Sami Noyan, Alı Kara, Əlif Yılmaz, Radiyə Əbru Şənvardar, Hikmət Tombulca, Salih Asan, Makbulə Çam (Elamdağ), Engin Koç, Tufan Ərgüder, Mutlu Ekizoğlu, Ertan Erçıktı, Mustafa Kılıçaslan, Fərdi Taşkaya, Ayhan Akça, Mehmet Alı Doğan, Alı Cihan, Mustafa Uyanık, Halit Akbulut, Çetin Öztürk, Rıfat Aslan, Ərdəm Kısa, Mustafa Altunbulaq, Yakub Ərgül və Rəcəp Güləçin 13.12.2014 tarixli təlimatla silahlı türror təşkilatı qurmaq, idarə etmək ittihamı ilə şübhəli qismində həbs edilmələrinə göstəriş verilib. 14 dekabr 2014-cü il tarixdə 08.00-dan etibarən əməliyyat başlayıb. İndiyə qədər 12 nəfər həbs edilib. Şübhəli Əkrəm Dumanlı polislərə təslim olmadığı üçün həbs qərarı "Zaman" qəzetinin binasında yerinə yetirilib. Əməliyyat davam edir".
Hazırda bu həbslərə etiraz edən bir qrup şəxs isə Ankara məhkəmə binası önündə müxtəlif şüarlarla aksiya keçirir.

Gülən həbs edilir?

"Gülən camaatının" lideri kimi tanınan Fətullah Gülən həbs edilə bilər? Türkiyədə ötən gündən başayan əməliyyatların başındakı ad olaraq tanınan İstanbul baş prokurorunun vəkili Orhan Kapıcı 31 nəfərin saxlanılacağını deyib.
O, Fətullah Gülənin də bu siyahısa olub-olmaması barədə suala cavabında isə belə deyib: "Hazırda bununla bağlı heç nə deyə bilmərəm",
"Al Cəzirə"nin iddiasına görə, Gülən əməliyyatın şübhəliləri arasındadır. Amma o xaricdə yaşdığı üçün haqqında saxlanılma qərarı verilməyib.
İddiaya görə, Gülən haqqında toplanan sübutlar Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra onun haqqında "İnterpol"un qırmızı blütenlə axtarışı tələb ediləcək.

Ankaradan sərt ittiham

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda yaşayan türklərin hüquqlarının pozulduğuna görə Afinanı sərt ittiham edib.
O, Yunanıstanın şərqindəki Komotini şəhərində türk icmasının nümayəndələri ilə görüşdə bu ölkəni türklərin hüquqlarını qorumağa çağırıb, Qərbi Frakidə türk, Türkiyədə isə yunan icmasını iki ölkə arasında "dünyəvi körpü" adlandırıb: "Biz ərazimizdə yaşayan yunanların hüquqlarına hörmətlə yanaşır, amma Yunanıstan sanki bunun əksini edir. Yunanıstan neçə illərdir beynəlxalq məhkəmənin qərarını yerinə yetirmir. İnsanların özünü türk adlandırmasına heç kim qadağa qoya bilməz. Bu, beynəlxalq hüquqa ziddir."
Onun sözlərinə görə, ölkələr arasında siyasi fikir ayrılıqları ola bilər, amma insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları mütləq yerinə yetirilməlidir. İki ölkə arasında mübahisəli məsələlərin, həmçinin Kipr probleminin həlli üzrə Yunanıstanı "səmimi dialoqa" çağırırıq.
Xatırladaq ki, Avropa Şurasının Nazirlər Komitəsi Yunanıstana Qərbi Frakidə türk icmasının vəziyyəti ilə bağlı 2007-ci ilin iyununda insan hüquqları üzrə Avropa Məhkəməsinin qətnaməsinin yerinə yetirilməməsi üçün təkrar xəbərdarlıq edib.

Gülləndən şok iddia

Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana od püskürdü. "Gülən camaatı"nın lideri Türkiyədə başlayan əməliyyatlardan sonra ilk açıqlamasını yayıb.
"Hər kəs özünü bir firoun saymağa başlayıb və onların aqibətinin nə olduğu bəllidir. Bütün firounlar heç ummadıqları bir yerdə, çox zəif bildikləri bir yerdə "işini bitirəcəm, əzəcəm, boağacam" dediyi yerdə əziliblər".
Gülen yeni söhbətində bir sirrin üstünü də açıb. "Bu bir sirrdır, demək düzgün deyil, amma mən deməmiş dayana bilməyəcəm".
O deyib ki,Türkiyənin 9-cu prezidenti olan Süleyman Dəmirəl 20 dövlət başçısına məktub yazaraq onlara xasiyyətnamə verib: "Daşı deşən suyun damlaları deyil, onun damlalarının davamlı olmasıdır. Davamlı və mütamadi olanda su belə ən sərt mərmərləri, qranitləri əridə bilər. Allahın icazəsi ilə özünə yuva qura bilər. Aşındırır, aşındırır, aşındırır..."
F.Gülən hətta mərhum prezident Turqut Özalın da onlara dəstək olduğunu deyib. Onun sözlərinə görə, o zamankı prezident Asiya dövlətlərini gəzib və "mən onlara zamin dururam" deyib.