

Bakıda bu klinikalarda hər kəs koronavirus testi verə bilər - Qiymətlər
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 130 nəfər çatıb
“Fars əyalətində texniki spirtdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur”
Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb
Moskva məhkəmələri yanvarın 23-də təşkil olunmuş icazəsiz aksiyada iştirak etdiklərinə görə inzibati həbslərə dair 30 qərar və 64 nəfər barəsində cərimə qərarı çıxarıb.
APA xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
“Moskva məhkəmələri 23 yanvar tarixində paytaxtın mərkəzində keçirilən kütləvi aksiya zamanı inzibati xəta törətmiş vətəndaşlara inzibati həbslərin təyin edilməsi ilə bağlı 30 qərar və inzibati cərimələrin təyin edilməsi barədə 64 qərar çıxarıb”, - məlumatda belə deyilir.
Təyin olunan cəzalar özündə 7 gündən 15 günədək inzibati həbsləri, 10 min rubldan 250 min rubla qədər olan inzibati cərimələri əks etdirir.