Ermənilərin çörəyi kəsilir Dünya

Ermənilərin çörəyi kəsilir

Nazir: "Ölkənin kənd təsərrüfatı acınacaqlı vəziyyətdədir"

Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan ölkənin bu sektorundakı acınacaqlı vəziyyətdən danışıb.
ANS PRESS-in məlumatına görı, o, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın kənd təsərrüfatı üçün bu il çox mürəkkəb olub və çıxılmaz hal yaranıb. Çünki həm şaxtalara görə yazda bağların çox hissəsi zərər çəkdi, həm də əkin sahələri becərilmədi. Bu isə ciddi narahatlıq doğurur.
Onun sözlərinə görə, 2014-cü ildə 14,9 min ton ərik ixrac edilib, halbuki 2013-cü ildə bu rəqəm 88,9 min ton olub. Demək, 85% azalma qeydə alınıb.
S.Karapetyan sonda yalana əl atıb və diqqətə çatdırıb ki, bütün bunlara rəğmən yanvar-noyabr aylarında 6,5 faiz artım olub. Kənd təsərrüfatının ümumi daxili məhsulda həcmi 920.7 milyon dram təşkil edib.
Ümumiyyətlə, maraqlıdır, görəsən, əkin sahələrinin becərilmədiyi, kənd təsərrüfatı rayonlarında sakinlərin yaşamadığı, yaxud azlığı, ölkə əhalisinin yoxsulluq içində yaşadığı, yaşayış səviyyəsinin minimuma düşdüyü, dövlət tərəfindən aqrar sahəyə diqqətin göstərilmədiyi bir ölkədə artım necə ola bilər?! Erməni nazirin çıxışının əvvəlində səsləndirdiyi fikirlə jurnalistlərin suallarına verdiyi cavab zamanı dediyi sözlər arasında tərs mütənasiblik yaranır. Görünür, bu, ölkədə hər kəs başını itirib...