Ermənsitandan Türkiyəyə qarşı daha bir təxribat Dünya

Ermənsitandan Türkiyəyə qarşı daha bir təxribat

Qabil Hüseynli: "Ermənilərin yenidən bu sahədə aktivləşməsinin səbəbini rəsmi Ankarada axtarılmalıdır"

Nəsiman Yaqublu: "Azərbaycan xalqı olaraq bunun qarşısını almağa çalışmalıyıq"

Ermənistanın "İrs" Partiyasından olan deputat Zarui Postancyan Türkiyə ərazisindəki Ağrı dağını "erməni qeyri-maddi irs nümunəsi" kimi UNESCO-nun siyahısına salmaq üçün bu təşkilata rəsmi müraciət ünvanlamağı təklif edib.
"İrs" Partiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, UNESCO-nun mədəni irs nümunələri siyahısına təklif vermək hüququ Konvensiyaya üzv dövlətlərin hökumətlərinə aid olduğuna görə deputat Zarui Postancyan baş nazir Ovik Abramyana bu məsələ ilə bağlı təklif göndərib: "Sözügedən təşəbbüs "Ararat" dağının ermənilərin mentalitetinə təsirinin böyük olmasına əsaslanır".
Politoloq Qabil Hüseynlinin fikrinə görə, ermənilərin yenidən bu sahədə aktivləşməsinin səbəbini rəsmi Ankarada axtarılmalıdır: "Bunun səbəbi Türkiyənin prezidentidir. O, ermənilərə o qədər "ayaq verdi" ki, onlar bundan sonra da bu cür iddialarına davam edəcəklər. Bu hal bir-birinin ardınca bundan sonra da davam edəcək. Ermənilər Ağrı Dağına "Ararat" deyirlər. Bu dağ onların gerbində də var. Bu uydurmadır. Ermənilərin Dəclə və Fərat arasından gəldiyi hamıya məlumdur. Adları da haydır. Ağrı dağı heç zaman ermənilərin olmayıb. Beynəlxalq təşkilatlar bununla bağlı ağıllı davranmalıdır. Ermənilər lavaşdan dağa kimi özününküləşdirir. Ona görə də beynəlxalq təşkilatlar bu millətin xəstə təfəkkürə malik olması qənaətinə gəlməlidir. Dünya artıq bu üzdəniraqların hər şeyi saxtalaşdırdıqlarının fərqinə varmalıdır. Ermənilər fantaziya və barmaqdan sovrulub yazılan tarixlə yaşayır".
Araşdırmaçı jurnalist Nəsiman Yaqublu isə ermənilər zaman-zaman bu cür çaşdırıcı fikirlərlə beynəlxalq təşkilatlara müraciət etdiyini deyir:
"Üzdəniraq qonşularımızın əsas məqsədləri əldə etdikləri "nailiyyətləri" qoruyub saxlamaqdır. Onlar bu cür hərəkətləri ilə Qarabağı özlərininki etməyə "çalışırlar". Ermənilər təkcə Ağrı dağı ilə kifayətlənmirlər. Daha əvvəl Naxçıvanı da "gündəmə" gətirmişdilər. Bu, "Daşnaksütyun" və "Hnçaq" partiyalarının yüz illiklər boyu hazırladıqları konsepsiyalardır. Ermənilərin ümummilli məramıdır. Təəssüf ki, bunun da uğurlu nəticələrini görürlər. Çünki bu müddət ərzində kifayət qədər torpaqlar əldə etdilər. İşğal etdikləri əraziləri əldə saxlamaq üçün bu cür variantlardan istifadə edirlər. Ağrı dağını gündəmə gətirməklə Qarabağı unutdurmağa çalışırlar".
Nəsiman Yaqublunun sözlərinə görə, Azərbaycanın ziyalı və vətəndaş cəmiyyəti bu məkrli siyasətin qarşısını birgə almalıdırlar:
"Biz Azərbaycan xalqı olaraq bunun qarşısını almağa çalışmalıyıq. Bunun üçün 50 il, yüz il qabağa inkişaf doktrinası hazırlamalıyıq. Bura Azərbaycanın qaymaq sayıla biləcək alim və ziyalıları toplaşmalıdır. Ancaq bu yolla ermənilərin məkrli niyyətlərinin qarşısını almaq olar. Biz bu gün üçün yaşayırıq, ermənilər isə 100 il qabağı fikirləşirlər. Biz bu gün üçün yaşayırıq. Ona görə də bəzən azərbaycanlılar üçün həyat bitir. Ancaq ermənilər üçün heç zaman heç nə sona çatmır. Çünki onların bir neçə illər qabağa konsepsiyaları var".

Əli