“Bu İslam deyil...” Dünya

“Bu İslam deyil...”

Hassen Çalqumi: "Ümid edirəm ki, Fransa bu hadisədən sonra daha da həmrəy olacaq"

İngiltərənin "Independent" qəzetinin yaydığı xəbərə görə, Fransa prezidenti terror aktını "ağlasığmaz barbarlıq" kimi xarakterizə edib. Fransanın müsəlman icması da matəmə qatılıb. Fransanın şimal bölgəsindəki Dransi məscidinin imamı Hassen Çalqumi dünən hadisənin baş verdiyi yerə gəlib. İmam açıqlamasında bildirib: "Mən həddindən artıq qəzəbliyəm. Bu əməli törədənlər cinayətkadırlar, barbardırlar. Onlar öz qəlblərini şeytana satıblar. Bu İslam deyil, ümid edirəm ki, Fransa bu hadisədən sonra daha da həmrəy olacaq".
Fransada 250-dən çox müsəlman icmasını birləşdirən Fransa İslam Təşkilatları Birliyi (FİTB) hadisəylə bağlı bəyənatla çıxış edib: "FİTB baş verən bu hadisəni, kriminal hücumu, qorxunc qatilləri ən sərt şəkildə qınayır, qurbanların ailələrinə və "Charlie Hebdo"nun işçilərinə başsağlığı verir".
Bir çoxlarının fikrincə, Fransada dini və etnik zəmində gərginlik baş verən qətliamdan əvvəl də kəskin həddə çatmışdı. Ancaq may ayında Avropa Birliyi ölkələrində aparılan sorğuda məlum olurdu ki, Avropa Birliyi ölkələri arasında müsəlmanlara ən xoş münasibət Fransada olub.

Əli