İranda koronavirusdan gündəlik ölüm sayı artıb Dünya

İranda koronavirusdan gündəlik ölüm sayı artıb

İranda ötən sutka ərzində 108 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 181 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 510 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 639 679 nəfərə çatıb. Virus daşıyıcılarından 3 727 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 399 934 nəfər koronavirusdan sağalıb, 10,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı, 154 rayon isə mavi zona hesab olunur.