Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Siyasət

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Fələstinin erməni əsilli xarici işlər naziri Azərbaycana gəlir.

APA xəbər verir ki, 2026-cı il oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə Fələstin dövlətini bu ölkənin erməni xarici işlər və diaspora naziri, xanım Varsen Aqabekyan Şahin təmsil edəcək.