9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib İqtisadiyyat

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb.

Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.

Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb.

Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə yer alıb: