Pakistanda “ASAN xidmət” təcrübəsinin tətbiqinə dair Saziş təsdiq edilib
Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib
Süni intellektin təhlükəsizlik və effektivlik testlərində ciddi qüsurlar aşkar edilib
AXCP və Müsavat xarici təsir dairələrinin maraqlarına xidmət edir - TƏHLİL
Azərbaycan və Əlcəzair XİN başçıları əlaqələrin genişləndirilməsini müzakirə edib - YENİLƏNİB-1
9 Mart 2021 13:03
2 772
Avropa Parlamenti İspaniyanın Kataloniya bölgəsinin keçmiş lideri Karles Puçdemonun deputat toxunulmazlığının ləğvinə dair qərar qəbul edib.
APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, K. Puçdemonla yanaşı, digər iki kataloniyalı siyasətçinin də deputat toxunulmazlıqları ləğv edilib.
Avropa Parlamentinin 400 deputatı K. Puçdemonun deputat toxunulmazlığının ləğvi ilə bağlı qərarın lehinə səs verib, 45 deputat bitərəf qalıb, 248 deputat isə qərarın əleyhinə səs verib.
Qeyd edək ki, 2019-cu ildə keçirilən seçkilərdə K. Puçdemon, Kataloniyanın keçmiş səhiyyə naziri Toni Komin və sabiq regional təhsil naziri Klara Ponsati Avropa Parlamentində yer qazanıblar. Bununla onlar Avropa Parlamentinin üzvləri kimi toxunulmazlıq əldə ediblər. Ötən ay Hüquq Məsələləri Komitəsi onların deputat toxunulmazlıqlarının ləğvini parlamentə tövsiyə edib.
Xatırladaq ki, K. Puçdemon və bir sıra həmkarları 2017-ci ilin oktyabrında İspaniya hökumətinin qanunsuz elan etdiyi müstəqilliklə bağlı referendum keçirildikdən sonra Belçikadan sığınacaq alıblar.