Gümrü hadisəsi Ermənistan parlamentinə çıxarılır Dünya

Gümrü hadisəsi Ermənistan parlamentinə çıxarılır

Erməni ombudsman: "Gümrüdəki faciə Azərbaycanın xeyrinədir"

"Ermənistanda hər hansi bir anti-Rusiya isterika yersizdir". Bunu yerli jurnalistlərə açıqlamasında Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib.
Onun sözlərinə görə, mövcud problemi geosiyasi səviyyə qaldıraraq Ermənistan və Rusiya münasibətlərinə zərbə vurmaq lazım deyil: "Bu, kiminsə bu faciəni planlaşdırdığı, bizim emosiyalarla tanış olması anlamına gəlir. Mən kimin və onun nə etdiyini bilmirəm. Lakin bu cinayətin Azərbaycan və Türkiyənin maraqlarına uyğun gəldiyi gün kimi aydındır".
Alaverdyan həmçinin Premyakovun cinayəti təkbaşına törətməsinə inanmadığını da bildirib. Çünki heç kim onu hadisə baş verdiyi yerdə görməyib və hadisə ilə bağlı həqiqət cəmiyyətdən gizlədilir: "Bizim hakimiyyət hadisə ilə bağlı ləng tədbirlər gördü. Gümrüdə polisin davranışı bağışlanmazdır".
Ermənistan mətbuatının xəbərinə görə, Gümrüdə Avetisyan ailəsinin altı üzvünün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülməsi məsələsi Ermənistan parlamentində də müzakirəyə çıxarılacaq. Bu barədə parlamentin dövlət-hüquq məsələləri komissiyasının sədri Ovanes Saakyan bildirib.
Onun sözlərinə görə, müzakirələr gələn həftə baş tutacaq. Bu tarix ona görə seçilib ki, indi deputatların çoxu məzuniyyətdədir.
O deyib: "Biz komissiyanın iclasında bu məsələlər üzrə müzakirələr keçirmişik. Bu məsələ parlamentin diqqətinin mərkəzindədir. İttiham edilənin dindirilməsi çox əhəmiyyətlidir. İstintaq haqqında əlimizdə dəqiq informasiya yoxdur. Bu hadisəni siyasiləşdirmək lazım deyil."