Putin Obamanın cavabını verdi Dünya

Putin Obamanın cavabını verdi

ABŞ Ukraynaya silah göndərmək istəsə, Rusiya buna hərbi yox, diplomatik yolla cavab verəcək

Cavid

Birbaşa Rusiyadan hərbi dəstək alan separatçılar Ukrayna ordusnunu mövqelərinə hücuma keçiblər. Onlar Ukrayna hərbi qüvvələrini bəzi məntəqələrdə geri çəkilməyə vadar edirlər. Rusiya isə separatçılara silah, sursat və ərzaq yardımı etməsi barədə deyilənləri israrla rədd edir.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andrey Luçenko bəyan edib ki, fevralın 7-də və 8-də Rusiyadan Ukrayna ərazisinə 1500 nəfərlik hərbi birləşmə yeridilib: "Bundan başqa 300 ədəd hərbi texnika separatçılara çatdırılıb. Separatçılar açar şəhər sayılan Mariupolu top atəşinə tuteblar. Ukrayna ordusu da top atəşinə cavab verməli olub".
Hər iki tərəfin ağır silahlardan istifadə etməsi nəticəsində Ukraynanın şərqindəki şəhərlər, qəsəbələr, xüsusən də Donetsk və ətrafındakı yaşayış məntəqələrində ciddi dağıntılar baş verib.
Donetskdəki dağıntılardan sonra şəhər əhalisinin böyük bir hissəsi oranı tərk edib.
"CNN", "Euronews", "BBC" və eləcədə, beynəlxalq xəbər agentlikləri Şərqi Ukraynada separatçıların hücuma keçməsi faktını təsdiqləyiblər.
"Azov" batalyonu Facebook səhifəsində isə xəbər verilib ki, Rusiya Debaltçevo ətrafında aviasiyadan istifadə edib. Ukrayna könüllülərindən ibarət "Azov" batalyonunun nümayəndələri Rusiyanın Debaltçevo ərazisində aviasiyanı tətbiq etdiyini və 40-cı batalyonun mövqelərinə zərbələr vurduğunu bildirib.
"Rusiya Hərbi Hava Qüvvələrlərinin iki Su-25 hücum təyyarəsi 20 dəqiqə əvvəl Debaltçevo ərazisində Novoqriqorevkada 40-cı batalyonun mövqelərinə aviazərbələr endirdi", - xəbərdə bildirilir.
Qeyd edək ki, Ukrayna tərəfi ölkənin şərqində Rusiyaya məxsus Su-25 bombardmançı təyyarəsini vurduqlarını iddia edir.
Döyüşlərin gün-gündən qızışması Minskdə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin görüşünə də problem yaradır. Qeyd edək ki, Minskdə təmas qrupunun danışıqları zamanı Ukraynanın cənub-şərqində atəşkəsin tətbiq edilməsi, ağır döyüş texnikasının geri çəkilməsi və əldə olunmuş razılaşmanın icrasına nəzarət məsələləri razılaşdırılıb. Tərəflər, həmçinin Donbasın gələcək siyasi quruluşu və yerli seçkilərin keçirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə TASS-a məlumatlı mənbə bildirib. Görüşdən sonra iştirakçılar mətbuata heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Ukraynanı danışıqlarda ölkənin ikinci prezidenti Leonid Kuçma və ictimai-siyasi xadim Viktor Medvedçuk, Rusiyanı – bu ölkənin Kiyevdəki səfiri Mixail Zurabov, separatçıları isə Denis Puşilin və Vladislav Deyneqo təmsil edib.
Beynəlxalq Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aleksey Melnik bildirib ki, Donetsk vilayətinin Kramatorsk şəhərinin atəşə tutulması Minskdə sülh danışıqları ərəfəsində Rusiya rəhbərliyinin əlavə "kozır"lar əldə etmək cəhdidir.
Ekspertin fikrincə, söhbət Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından getmir: "Fikrimcə, çətin ki, genişmiqyaslı müharibənin başlanması haqqında danışmaq olar. Amma istisna olunmur ki, Minsk razılaşmaları müvəffəqiyyətsizliyə uğrayarsa və Putin hədəflərə nail olmazsa, o halda qeni güc tətbiqi onun əlində yeganə effektiv alət olacaq. Anlamaq lazımdır ki, Putinin arzular siyahısı sonsuzdur. Əgər biz qəbuledilməz şərtlərlə razılaşsaq, bu o deməkdir ki, tələblərin növbəti siyahısı daha çox qəbuledilməz olacaq".
Beləliklə, ekspert əmindir ki, Putini dayandırmasalar, o dayanmayacaq: "İstənilən siyasi və diplomatik cəhdlər nəticə verməyəcək".
Dünən həmçinin ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinə telefonla zəng etdiyi də bildirilib. Bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.
Ağ Evin təşəbbüsü ilə reallaşan telefon zəngində liderlər Ukraynadakı hazırkı durum haqda danışıblar. Tərəflər münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Bu arada Rusiya ABŞ-ın hədəsinə cavab verib.
Belə ki, Rusiya Təhlükəsialik Şurasının sədri Nikolay Patruşev deyib ki, ABŞ Ukraynaya silah göndərmək qərarına gələrsə, Rusiya buna hərbi yox, diplomatik yolla cavab verəcək.
Onun sözlərinə görə, ABŞ-ın Kiyevə hərbi yardımı Ukraynanın şərqindəki münaqişəni daha da kəskinləşdiriəcək.
Xatırladaq ki, ABŞ, NATO və Avropa İttifaqı Rusiyanı Ukraynanın şərqindəki separatçıları silah və canlı qüvvə ilə təmin etməkdə günahlandırır. Rəsmi Moskva isə bu ittihamı rədd edir.
Ukrayna Qafqaz Xalqlari Konqresinin sədri Paşa İlisuyski bildirib ki, Ukraynada baş verənler Azərbaycanda 90-cı illərin əvvəllərində baş verən hadisələrə çox bənzəyir.
Onun sözlərinə görə, Ukrayna siyasətçilərin bir çoxu ilə söhbətlərində bizim ağır tariximizdən nəticə çıxarmağa, təhlil etmyə və bizim buraxdığımız səhvlərə yol verməməyə çağırırdım: "Çox təəssüf ki, Ukraynada da baş verənlər Azərbaycan ssenarisi ilə getməkdə davam edir. Lakin Qərb ölkələrin Ukraynanə açıq dəstəkləyəcəyini güman edirəm. Azərbaycanda olduğu kimi ağır nəticələr verməz. Ukrayna ağır vəziyyətdədir, bir tərəfdən ölkə iqtisadiyyatının ağır durumu və siyasi qeyri stabillik, o biri tərəfdən isə müharibə. Silahlı qarşıdırma bu gün Ukraynada siyasətçilərin əlində alət olub. Azərbaycanda 1991-93-cü illərdə olduğu kimi".
P.İlisuyski qeyd edib ki, vəziyyətin necə cərəyan edəcəyi Rusiya və Qərbin razılaçmasından birbaça aslıdır. Bu razılaşmada Ukraynanın mənafeyini qoruya biləsi, ümummilli liderliyi öz üzərinə götürə biləsi siyasətçi yoxdur: "Qərb Rusiya ilə Ukraynaya görə müharibə edəsi deyil, Rusiya da Qərblə açıq silahlı qarşıdurmaya getməyəcək. Artıq dünya qloballaşıb və bugünki geosiyasətin stimulu ancaq iqtisadi maraqlardır! Qərb öz maraqlarənə əldə edənı gədər Ukraynanı dəstəkləyəvək, Rusiya da öz istədiyinə nail olana qədər separatçılara dayaq olacaq! Belə vəziyyətdə əlbəttə hər şeyi Ukrayna yox, Qərb və Rusiya helledici rol oynayırlar. Gözləyək görək Qərb və Rusiya hansı qərara gələcəklər".