11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
1 Dekabr 2025 22:09
2 212
“Budapeştdə mümkün görüş baş tuta bilər. Prinsip etibarı ilə Rusiyanın Macarıstanla münasibətləri yaxşıdır və Donald Trumpla Viktor Orban yaxın şəxslər hesab olunur. Buna görə də görüşün keçirilməsi mümkündür, lakin əsas məsələ Avropanın reaksiyasıdır.”
Bunu politoloq Samir Hümbətov “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
O əlavə edib ki, görüş olsa da, ortada ümumi razılıq yoxdursa, qərb ölkələri, Rusiya, Ukrayna və ABŞ arasında müharibəni yekunlaşdırmaq üçün lazımi maraqların olması vacibdir: “Hələlik qeyd edilən məsələlər üzrə yekun nəticə hər kəs üçün məlum deyil. Görüş yalnız ümumi razılıq əsasında və məhsuldar nəticə əldə etmək məqsədilə keçirilməlidir.”
Samir Hümbətov Alyaskada baş tutan görüşü xatırladaraq bildirib ki, orada da heç bir nəticə əldə olunmamışdı və Budapeştdə də yekun razılıq olmadan münaqişəni həll etmək çətin olacaq.
Günel Elxan
11 İyul 20:35
1 435
11 İyul 19:51
1 526
11 İyul 18:36
1 099