İrəvanda etiraz aksiyası Dünya

İrəvanda etiraz aksiyası

67 yaşlı kişi özünü yandırıb

İrəvanda keçirilən etiraz aksiyası zamanı bir nəfər özünü yandırmağa cəhd edib. APA-nın "Novosti-Armenia" agentliyinə istinadən verdiyi məlumata görə, "Mən əleyhinəyəm" təşəbbüs qrupunun fəallarının təşkil etdiyi aksiya Ermənistan Maliyyə Nazirliyinin binası qarşısında keçirilib.
Aksiyada 100-dək adam iştirak edib. 67 yaşlı Ermənistan vətəndaşı üstünə benzin tökərək od vurub. O bu addımı ağır sosial durumu ilə əsaslandırıb. Aksiya iştirakçısının özünü yandırmaq cəhdinin qarşısı alınıb və o, polis idarəsinə aparılıb.